Bədbəxt hadisə nəticəsində həlak olan hərbçilərə şəhid statusu…

48

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu hərbi xidmət dövründə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsini təklif edib.

Elchi.az xəbər verir ki, deputat komitənin bugünkü iclasnda çıxışı zamanı “Şəhid adının verilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik edilməlisinin labüdlüyündən danışıb.

O, təkliflərini Milli Məclisə təqdim etdiyini də bildirib:

“Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman, yaxud hərbi vəzifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu, mənim təklifimdir və çox həssas məsələdir”.