“Azercell”in xalis mənfəəti 16%-dən çox artıb

64

Azercell Telekom MMC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Ötən il şirkətin xalis mənfəəti artıb.
Belə ki, mobil operatorun cəmi gəlirləri ötən il 492,091 milyon manat (2020-ci ilə nisbətən 8,1% çox), cəmi xərcləri 343,736 milyon manat (11,7% çox), əməliyyat üzrə mənfəəti 148,355 milyon manat (0,7% çox) təşkil edib.
“Azercell Telecom”un digər gəlirləri 174 min manat (10,7% az), maliyyə gəlirləri 606 min manat (3,2 dəfə az), maliyyə xərcləri isə 832 min manata (9,1% çox) bərabər olub.
27,128 milyon manat mənfəət vergisi ödədikdən sonra “Azercell Telecom”un xalis mənfəəti 121,175 milyon manat olub. Bu da əvvəlki illə müqayisədə 16,3% çoxdur. 2020-ci ildə şirkət 104,166 milyon manat xalis mənfəət açıqlamışdı.
İl üzrə cəmi məcmu gəlirlərin 121,055 milyon manatı səhmdarların, 120 min manatı isə qeyri-nəzarət paylarına aid olub.
31 dekabr 2021-ci il tarixinə şirkətin cəmi aktivləri 16,2% artaraq 910,061 milyon manat, cəmi öhdəlikləri isə 2,6% artaraq 193,748 milyon manata çatıb.
Hesabat dövründə “Azercell Telecom”un cəmi kapitalı 20,3% artaraq 716,313 manata, o cümlədən bölüşdürülməmiş mənfəəti 22% artaraq 673,992 milyon manata yüksəlib.