2022-ci ilin ilk yarısında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ixrac gəlirləri 1,8 milyon dollara çatıb.
Elchi.az “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 dəfə çoxdur. Belə ki, 2021-ci ilin birinci yarısında AZAL-ın gəlirləri 56,1 min manat olub.
Qeyd edək ki, ötən ilin ilk yarısında pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər dövlət şirkətinin gəlirlərini də azaltmışdı. Bu ilin birinci yarısı üzrə müqayisədə nəzərə çarpan kəskin artım da bununla bağlıdır.