“Azadlıq”ın Sədrlər Şurasının növbəti iclası keçirilib

41

Bu gün KXCP-nin qərargahında “AZADLIQ” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin Sədrlər Şurasının növbəti iclası keçirilib. İclasda qərarların  icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət, sosial-iqtisadi böhran və  cari məsələlər  müzakirə olunub.
“AZADLIQ” mərkəzi hakimiyyətin iqtisadi böhranı aradan qaldırılması üçün atdığı addımları qeyri qənaətbəxş hesab edib, iqtisadi  – sosial tələblərlə rayonlarda  keçirilən  aksiyaların  iştirakçılarına qarşı həbs və təqibləri pisləyib.
Mərkəz ölkədə intihar hadisələrinin artmasından ciddi narahatlığını bildirib, özünə qəsdləri   indiki hakimiyyətin antiinsani, antimilli siyasətini nəticəsi  hesab edir və bu intiharlara görə hakimiyyətin ali təmsilçilərinin cinayət məsuliyyəti daşıdığını bildirir.
“AZADLIQ” mərkəzi  M.Ə.Rəsulzadənin ad günü ilə bağlı onun Novxanıdakı  heykəli qarşısında  2016-cı il 31 yanvar saat 1200-da anım mərasimi keçirilməsi barədə qərar qəbul edib.