Azad olunmuş ərazilərin iqtisadi fəaliyyətdə payı artırılacaq

42

2022-2026-cı illərdə İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmini üçün görüləcək işlər müəyyən edilib.

Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, bşğaldan azad edilmiş ərazilərin ölkə üzrə iqtisadi fəaliyyətdə payının artırılması nəzərdə tutulur. Başqa sözlə, əgər 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə yaşıllığın payı 12 % olubsa, 2026-cı ildə bu göstəricinin 12,3% -ə (əlavə 30 min ha sahə) çatdırılması hədəfi qoyulub. 2021-ci ildə istifadəyə yararsız torpaq sahəsinin payı 25 % olubsa, 2026-cı ildə isə yararsız torpaqlarının sahəsinin 10 faiz azaldılaraq 15 faizə salınması nəzrdə tutulub.