“Mən sentyabrın 2-də Azərbaycanın xarici siyasətində qabarıq nəzərə çarpan cəhətlərdən birinin də Fransa və yaxud özünü ona bənzər aparan digər böyük dövlətlərin kiçikliklərini ustalıqla neytrallaşdırmağı bacarması olduğunu yazmışdım(https://m.facebook.com/story.php?story_fbid=2809574342520012&id=100004024227710). Və orada Prezident İlham Əliyevin İtaliyaya səfəriinin ardından Çinlə əlaqələrin də daha da genişləndirəcəyi yönündə də addımlar atılacağını proqnozlaşdırmışdım”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev FB hesabında qeyd edib:
“Budur, cənab İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdü.
Həmən görüşdə Çin lideri əlaqələrimizin “strateji səviyyədə hərtərəfli inkişafını” və “ölkəmizin ərazi bütövlüyünü, suverenliyini” dəstəklədiklərini elə-belə vurğulamırdı. Arada “status”dan dəm vuranlara göstərilirdi idi ki, rəsmi Pekin bu məsələdə Azərbaycanın mövqeyini tam bölüşür. Bölüşdüyü üçün də dövlət başçımızın da bildirdiyi kimi, biz də işğaldan azad olmuş torpaqlarımızda tikinti-quruculuq işlərində yer almaq istəyən Çin şirkətlərinin sayının daha da artmasında maraqlıyıq.
Ümumiyyətlə, həm qlobal müstəvidə, həm də bizim regionda baş verənlərə yanaşmada Azərbaycanla Çinin fikirlərinin üst-üstə düşməsinin nəticəsidir ki, cənab İlham Əliyevlə Si Cinpinin görüşü hər iki dövlət arasında
“əlaqələrin dərinləşdirilməsi üçün birgə səyləri bundan sonra da davam etdirmək” qərarıyla bitdi.
Bunun bir çox, o sıradan da şərqlə qərb arasında yüklərin daşınması baxımından regiona nə vəd etdiyi yəqin ki, hər kəsə, o sıradan da Paşinyanın Vladivostokda “nəqliyyat qovşağı” kimi təqdim etdiyi dalan Ermənistana da aydındır. Hindistanın BMT-dəki təmsilçisinin özünü fransız, fars, pardon hay kimi aparması onlara nə verəcək, baxıb görəcəyik”.
Şayəstə