Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə daimi sülh və sabitliyin qapılarını açdı.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısındakı çıxışında deyib.
“Azərbaycanın bölgədə rifahın yüksəlməsi üçün bir-birinini ardınca həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşma səylərini dəstəkləyəcək. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla həmrəylik içində olmağımız böyük önəm daşıyır”, – Ərdoğan bildirib.