“Rusiya-Ukrayna müharibəsindən qopan tozanaq Avropaya və ABŞ-a bahalaşma gətirir və təbiətin qışa hamilə olduğu dövrdə bu hal etirazlarla qarşılanır”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:
“Qərb mətbuatı əntiqədir, soyuq analizlər, Rusiyanın atacağı addımları, buna qarşılıq verilməsinin perspektivini müzakirə edir.
Azərbaycanda Qərb ənənələrinin dekorasiyasını üzərinə çəkib riyakarlıqla məşğul olan trol-politoloqlar isə Türkiyəni hədəfə alırlar.
Onsuz Türkiyə hər nə edirsə, bunların orqanları sancır, bu, öz yerində.
Sual olunur: Ay riyakar trollar niyə üzünüzə çəkdiyiniz Qərb makiyajı ilə bilərəkdən yanlış təəssüratlar yaradırsınız?
Bu arada, Qərb sisteminin aparıcı ölkələrinin Azərbaycandakı səfirləri onları görəndə yalaqlıq edən trol varlıqlara nifrət edir. Çünki onlar da xarakterə üstünlük verir, lakin diplomatik ustalıqla özlərinin hisslərini gizlədirlər”.
Şayəstə