Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox oyun keçirən komandalar bəlli olub.
Apasport.az saytının hesablamalarına görə, 2001-ci il yanvarın 1-dən indiyədək 36 komanda yüksək liqada mübarizə aparıb.
Onlardan üçü – “Neftçi”, “Keşlə” və “Qarabağ” XXI əsrdə bütün mövsümlərin iştirakçısı olub. Oyun sayında “Neftçi” digər iki komandanı qabaqlayır. Bu üstünlüyə bakılıların iki dəfə “Qızıl oyun”da iştirakı səbəb olub.
Ən çox oyun keçirən 11 komandadan 5-i Premyer Liqada, 1-i Birinci divizionda mübarizə aparırsa, 5 klub artıq fəaliyyətini dayandırıb. “Ölülər”ın siyahısında “Bakı”, AZAL, “Xəzər Lənkəran”, “Turan” və “Simurq” yer alıb.
1. “Neftçi” – 577
2-3. “Keşlə” – 575
2-3. “Qarabağ” – 575
4. “Qəbələ” – 454
5. “Bakı” – 393
6. “Xəzər Lənkəran” – 369
7. AZAL – 362
8. “Turan” – 324
9. “Sumqayıt” – 314
10. “Kəpəz” – 310
11. “Simurq” – 272