“TikTok-un Şərqi Avropada dövlət qurumları və korporativ məsələlər üzrə məsul nümayəndələri Aleksandr Strax və Sergey Sokolov ilə görüşdüm. Görüş onların təşəbbüsü ilə olub. Görüşdə Azərbaycanda TikTok-un rəsmi olaraq müvəqqəti bloklanması və bu platformanın milli informasiya mühitimizdə yeri haqqında qurumun rəsmilərini məlumatlandırdım. Belə anladım ki, onların ölkəmizə səfəri TikTok-un bloklanmasından öncə planlanıb”.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz TikTok rəsmiləri ilə görüşü haqqında FB hesabında qeyd edib:
“Görüşdə TikTok-un ölkəmizdə gələcək fəaliyyəti, bu sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması və azərbaycandilli faydalı kontentin yaradılması imkanları, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılması imkanları, valideynlərin rəqəmsal savadlılığının artırılması və s. istiqamətdə fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin startap ekosisteminin və biznesin gələcəkdə TikTok-dan, onun marketinq alətlərindən biznes və tanıtım üçün effektiv istifadəsi ətrafında da fikir mübadiləsi olub.
Uşaqların və yeniyetmələrin TikTok-da təhlükəsizliyinin qorunması yolları ətrafında da müzakirələr aparılıb.
Bildiyim qədər TikTok rəsmiləri bir neçə dövlət qurumları ilə bu sosial platformanın ölkəmizdə gələcək fəaliyyəti ilə bağlı məsləhətləşmələr də aparıblar”.
Yeganə