Bu gün Azərbaycanda 56 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.Elchi.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, daha 53 nəfər koronavirusdan sağalıb: “Fevralın 28-dən Azərbaycanda ilk koronavirus qeydə alınan vaxtdan aprelin 12-ə kimi olan dövrə nəzər salsaq, hazırda neqativ tendensiya dövrünü başa vurduğumuzu qeyd edə bilərik”.