“Erməni terrorçu Mikael Arzumanyan dərhal Azərbaycana təhvil verilməlidir… Bu erməni terror cinayətlərini Azərbaycan ərazisində törədib.
Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni separatçılarının silahlı terror dəstələrinin keçmiş rəhbəri Mikael Arzumanyan Ermənistan tərəfindən həbs edilib”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Elçin Xalidbəyli FB hesabında qeyd edib:
“Bu, Azərbaycana qarşı yeni məkrli oyundur, siyasi-ideoloji təxribatdır. Rəsmi İrəvan rəy yaratmağa çalışır ki, Xankəndi və ətraf bölgədə guya siyasi-hüquqi fəaliyyət mexanizmlərinə malikdir. Bu, Ermənistanın işğalçı siyasətinin və ərazi iddialarının dolayısı ilə qabartmaq cəhdidir.
M.Arzumanyan Azərbaycan ərazisində çoxsaylı silahlı cinayətlər törədib. Ona görə də, rəsmi Bakı Ermənistandan tələb etməlidir ki, erməni terrorçuların keçmiş rəhbəri Mikael Arzumanyanı dərhal Azərbaycana təhvil versin.
Bu halda, Ermənistanın yeni siyasi-ideoloji təxribatlarını daha effektiv şəkildə iflasa uğratmaq mümkün ola bilər. Artıq belə tələblərin irəli sürülməsinin əsl vaxtıdır”.
Yeganə