İsrailin Baş naziri Yair Lapid ölkəsinin 2021-ci ildə Avropanın Rusiyadan aldığı qazın təxminən 10%-ni AB-yə tədarük edə biləcəyini deyib.
Elchi.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Məlumata görə, iyun ayında İsrail və Misir Qahirədə AK-ın rəhbəri Ursula fon der Leyenin iştirakı ilə Avropaya mayeləşdirilmiş təbii qazın tədarükü haqqında saziş imzalayıblar:
“İsrail qazı qonşu Misirə nəql etməli olacaq, burada xammal maye halına çevriləcək, bundan sonra onlar tankerlərlə Avropaya çatdırılacaq. Öz növbəsində Azərbaycan da bəyan edib ki, ilin sonuna qədər AB-yə 2021-ci ilə nisbətən 30% çox təbii qaz tədarük etməyi planlaşdırır. 2022-ci ildə Avropaya tədarükün ümumi həcmi 12 milyard kubmetr təşkil edəcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, avqust ayına qədər hasilat təxminən 10% artaraq 30,6 milyard kubmetrə çatıb. Brüssel iyulda Bakı ilə növbəti illərdə Azərbaycandan qaz idxalını iki dəfə artırmaq barədə razılığa gəlib. Azərbaycan, Gürcüstan, Türkiyə və Yunanıstandan keçən qaz dəhlizinin genişləndirilməsi də planlaşdırılır. Kəmərin ötürücülük qabiliyyətinin ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır”, – məlumatda deyilir.