Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında növbəti üçtərəfli görüş keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, iclasa Tehran ev sahibliyi edəcək.
Görüşün bu il ərzində keçirilməsi nəzərdə tutulsa da, Çavuşoğlu dəqiq tarix açıqlamayıb.