Azərbaycan qətldə və digər ağır cinayətlərlə ittiham olunan İran vətəndaşını beynəlxalq axtarışa verib.
Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
İran İslam Respublikasının vətəndaşı, 43 yaşlı Hassan Gharadghlou Rahbari qətldə, adam oğurluğunda və digər cinayət əməllərində ittiham olunur. Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən H. G. Rahbari təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.
Zəngilanda silah-sursat aşkarlandı
Zəngilanda silah-sursat aşkar edilib. Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zəngilan...