Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib.
Report xəbər verir ki, medallardan 5-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci pillədə yer alıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 54 (22 qızıl, 18 gümüş, 14 bürünc), İran 27 (8 qızıl, 12 gümüş, 7 bürünc), Qazaxıstan 15 (6 qızıl, 1 gümüş, 8 bürünc) və Özbəkistan 23 (5 qızıl, 6 gümüş, 12 bürünc) medalla qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən yarısı – 28 ölkə medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə edib.
Futbol üzrə İngiltərə kubokunun finalında qarşılaşacaq komandalar məlum olub
“Mançester Yunayted” futbol üzrə ölkə kubokunun yarımfinal matçında İngiltərə çempionatının ikinci güclü divizionunda çıxış edən “Koventri”ni penaltilər seriyasında məğlub edib....