“Azərsığorta” 10 filialını ləğv edib

31

“Azərsığorta” ASC 10 filialını ləğv edib.

Ləğv edilən filiallar Şirvan, Lerik, Salyan, Saatlı, Nəsimi, Şabran, Qusar, Şamaxı, Qax, və İsmayıllı filiallarıdır.

Qeyd edilir ki, qərar Şirkətin İdarə Heyətinin 18 iyul 2022-ci il tarixli 23 saylı protokoluna əsasən verilib. Bununla bağlı iyulun 22-də idarə heyəti sədrinin müşaviri Murad Şirəliyevin adından filial rəhbərlərinə məktub göndərilib. Məktubda filialların ləğv edilməsinə səbəb kimi göstəricilərin aşağı olması və fəaliyyətin rentabelli olmaması göstərilir.