Azərbaycanın velosiped millisinin kapitanı Türkiyədə dördüncü olub

32

“Sakarya BB Pro Team” klubunun tərkibində çıxış edən Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının kapitanı Elçin Əsədov Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Yahyalı Qran Prisində iştirak edib.

Azərbaycan millisinin kapitanı 118 km məsafəni 2 saat 40 dəqiqə 51 saniyə nəticə ilə 4-cü sırada başa vurub.

Əsədov bu nəticə ilə həm şəxsi, həm də milli komandanın beynəlxalq reytinq hesabına daha 20 xal əlavə edib.

Yarışda 1-ci yerə Türkiyənin “Spor Toto” klubunun üzvü Aleksandr Prevar (2:40.36) layiq görülüb.

Qeyd edək ki, Yahyalı Qran Prisində 6 ölkədən 55 idmançı 10 komandada mübarizə aparıb.