“Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmlənib”

44

“Əsrin Müqaviləsi”nin reallaşması nəticəsində, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi”. Elchi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O, əlavə edib ki, Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır: “Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi.
“Əsrin Müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də belə, sözügedən sərmayələrin ölkə iqtisadiyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və Əsrin Müqaviləsi nəticəsində ölkə iqtisadiyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandırıdı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyatı 1994-cü ildə 11.8% kiçilmişdisə 1995-ci ildə 1.3% artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol aynayacaqdı.
Əsrin müqaviləsinin davamı və onun yaratdığı imkanlar kontektsində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdırmaqdadır”.