Azərbaycanın hərbi gəmiləri Rusiyadan qayıtdı

35

Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotilyasının rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bundan başqa hərbi dənizçilərimiz Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.