Azərbaycanın adekvat cavab verməməsi… – Çavuşoğlu

36

İki gün əvvəl Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik durumun nə qədər həssas olduğunu göstərir.

Elchi.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Azərbaycanın beş bəndlik sülh sazişinə Ermənistan uzun müddət cavab verməyib:

“Artıq sərhədlərin müəyyənləşməsi üzrə komissiyalar yaradılıb. Ermənistan isə təxribatlarını davam etdirir. Azərbaycanın adekvat cavab verməməsi mümkün deyildi. Əgər regionda sabitlik istəyiriksə, Ermənistan sabotajları dayandırmalıdır”.