Azərbaycanda vəkil iş başında öldü

39

Azərbaycanda vəkil vəfat edib.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin Sumqayıt şəhər şöbəsində qeydə alınıb.
Belə ki, Vəkillər Kollegiyasının üzvü Valeriy Vəliyev işlə bağlı şöbədə olarkən qəfildən dünyasını dəyişib.
Qeyd edək ki, 1958-ci il təvəllüdlü V.Vəliyev 13 il vəkillik fəaliyyəti ilə məşğul olub. O, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili idi.