Azərbaycanda pul bazası 13%-dən çox artıb

36

Bu ilin iyulun 1-nə Azərbaycanda pul bazası 16 milyard 120.4 milyon manata yüksəlib.

Bu barədə Elchi.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edək ki, bu göstərici bu ilin beş ayı ilə müqayisədə 3,2 % çoxdur.

Pul bazası ilin əvvəli ilə müqayisədə isə 15%, ötən ilin eyni dövrünə nisbətən 13,4% artıb.