Azərbaycanda illik inflyasiya ilə bağlı rəsmi açıqlama

40

2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvaravqust aylarına nisbətən 113,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 %, qeyri-ərzaq məhsulları üzrə 107,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,0 % təşkil etmişdir.Elchi.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, Cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 %, əvvəlki ilin avqust ayına nisbətən 114,2 % təşkil edib.