Azərbaycanda bu peşə bayramlarının tarixi dəyişdirildi

32

15:05
Azərbaycanda “Turizm işçiləri günü” dəyişdirilib.
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Prezidentin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli sərəncamında dəyişiklik edilib. Dəyişikliyə əsasən “Turizm işçiləri günü” bundan sonra sentyabrın 27-də deyil, 29-da qeyd olunacaq.


Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.
Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd olunur.