Azərbaycanda bu il öldürülən qadınların sayı açıqlandı

2

Bu il Azərbaycanda qətlə yetirilən qadınların sayı açıqlanıb.

Elchi.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib.

O qeyd edib ki, 24 qadın isə xəsarət alıb.