Azərbaycanda azyaşlılar vurulan iynədən şoka DÜŞDÜLƏR

40

Mingəçevirdə ananın vurduğu iynə övladlarını şoka saldı.

Elchi.az xəbər verir ki, hadisə şəhərin “Sağ sahil” yaşayış massivində qeydə alınıb. Belə ki, nənəsi evində halı pisləşən 2 yaşlı Nuray İslamzadə və 3 yaşlı qardaşı Fərrux İslamzadəyə anaları antibiotik iynə vurub. Hər iki uşağın vurulan iynədən sonra vəziyyəti pisləşib.

Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Tibbi yardım göstərilən uşaqların vəziyyəti stabilləşib.

Faktla bağlı araşdlrma aparılır.