Azərbaycanda 13 yaşlı qız ana oldu

50

Azərbaycanda 13 yaşlı qız təcavüz nəticəsində uşaq dünyaya gətirib.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, ana artıq xəstəxanaya yerləşdirilib:

“Uşağın dedikləri məni bu gecə yuxu görməyə həsrət qoydu. Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşməyini xahiş edir”.