“Azərbaycana hər cür dəstək verməyə hazırıq” – Çavuşoğlu

54

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Elchi.az Türkiyə KİV-ə istinadən bildirir ki, Çavuşoğlu avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq, Azərbaycana hər cür dəstək verməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.