Azərbaycan və Özbəkistan Yol Xəritəsi imzaladı

56

Azərbaycanla Özbəkistan arasında energetika sahəsində Yol Xəritəsi imzalanıb.

Elchi.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün Tvitter hesabında qeyd edib.

“Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzaladıq. Azad Edilmiş Ərazilər, “Yaşıl enerji” çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir”, – deyə o qeyd edib.