Home CƏMİYYƏT Azərbaycan, Türkiyə və Ukrayna münasibətlərində həmyerlilərimizin rolu

Azərbaycan, Türkiyə və Ukrayna münasibətlərində həmyerlilərimizin rolu

0
Azərbaycan, Türkiyə və Ukrayna münasibətlərində həmyerlilərimizin rolu


Azərbaycan, Türkiyə və Ukrayna arasında olan münasibətlər yeni birgə layihələr yaratmaqla və iqtisadi əməkdaşlığı genişləndirməklə yüksək xətt üzrə inkişaf edir.  Bəzi təqvimlərdə Azərbaycan vətəndaşlarını bir araya gətirən ATUB (Azərbaycan-Türkiyə- Ukrayna İş adamları Birliyi) rəhbərliyi ölkələrarası münasibətlərin inkişafında maraqlı imzalara sahiblənir. 

Qeyd edək ki, bu münasibətlərin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir.

Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və iki bu iki dövlət strateji tərəfdaşdır. 

Bildiyimiz kimi Ukrayna həmvətənlərimizin daha daha çox yaşadığı ilk ölkələr siyahısındadır. Son illər bu ölkədə azərbaycanlıların fəallığı, eyni zamanda diasporumuzla bağlı müxtəlif proseslərin baş verməsi diqqət mərkəzində olub. Mütəmadi keçirilən tədbirlər siyahısına bu günlərdə müqəddəs Ramazan günlərində verilmiş iftar məclisi də daxildir. 
Mayın 11-də Kiyevdə Azərbaycan-Türkiyə- Ukrayna İş adamları Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir araya gələn qonaqlar arasında  Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri  Elmira Axundova ilə yanaşı  Azərbaycan və Türkiyənin diaspora fəalları, Ukraynanın elm, siyasət, mədəniyyət xadimləri  iştirak ediblər. 

Qonaqları salamlayan və tədbirdə çıxış edən Azərbaycan-Türkiyə- Ukrayna İş adamları Birliyinin rəhbəri Əli Əliyev üç ölkə arasında olan münasibətlərin inkişafından məmnunluğunu bildirib: “Azərbaycan-Ukrayna-Türkiyə münasibətlərinin inkişafından hamılıqla məmnunuq. Dövlət rəhbərləri səviyyəsində inkişaf etdirilən bu xəttə hamımız öz tövhəmizi verməliyik. Bundan sonra əməkdaşlığın ən ali səviyyəyə çatacağına əminliyimi bildirib qeyd edirəm ki, bundan hər üç ölkənin vətəndaşları yüksək səviyyədə faydalanacaqlar”. 
Əli Əliyev daha sonra qeyd edib ki, Azərbaycanda 44 günlük Vətən Müharibəsində bu üç ölkənin siyasi dəstəyini, eyni mövqedə dayanmaqları, dünyanın ən ali tribunalarından səsləndirdikləri bəyənatlar hər kəsin ürəyindən xəbər verirdi və bundan hamılıqla məmnunluq duyduq:

“Sözügedən ölkələr arasındə güclü iqtisadi, siyasi və humanitar əlaqələr mövcuddur. Azərbaycanda Ukrayna dili tədris edilir, Bakıda Slavyan Universitetində Ukrayna Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. 44 günlük Vətən müharibəsinə gəlincə, Azərbaycanı bu haqq işində ilk başdan və açıq şəkildə dəstəkləyən ölkələr sırasında Türkiyə və Ukraynanın dəstəyi danılmazdır.  Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba çıxış edərək hər zaman Azərbaycanın yanında olduqlarını və ərazi bütövlüyünü bərpa etməkdə olan bu dost ölkəyə sonadək dəstək verəcəklərini açıqlamışdı”.

Miq.Az

%d bloggers like this: