Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçıları görüşəcək

59

Avqustun 2-də Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri və nəqliyyat nazirlərinin görüşü olacaq.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

O, belə bir oxşar görüşün bir müddət əvvəl Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat nazirləri arasında keçirildiyini xatıraldıb.