Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin I üçtərəfli görüşü keçirilir

32

Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

Elchi.az xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

Üçtərəfli görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edir.