Azərbaycan Rusiyadan avtomobil idxalına görə 3-cü yeri tutub

0

Rusiyadan 2019-cu ildə istehsal olunan 3,3 min avtomobil Azərbaycana ixrac olunub.

“Report” “Avtostat” analitik agentliyinə istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan ötən il Rusiyadan avtomobil tədarük edən ölkələr arasında 3-cü yeri tutub.

Ümumilikdə, 2019-cu ildə Rusiyadan Avrasiya İqtisadi Birliyinin xaricinə avtomobillərin ixracı həcmi 22% artaraq 35 min ədədə çatıb. Bu mənada 10 mindən çox maşın idxalı ilə Çexiya birinci, Özbəkistan (təxminən, 8,5 min avtomobil) isə ikincidir.