Azərbaycan Rusiyadan 25 ədəd izotermik maşın aldı

221
Azərbaycan Rusiyadan “Mosdizaynmaş” şirkətinin istehsalı olan izotermik furqonlarla komplektləşdirilmiş 10 ədəd “Isuzu NQR 90LM” və 15 ədəd “Isuzu NPR 75LK” markalı avtomobil alıb.

Elchi.az report-a istinadən xəbər verir ki, bu barədə soyuducu texnika istehsalçısı olan “Mosdizaynmaş” şirkətinin məlumatında bildirilir.Yeni furqonlar çoxqatlı fiberqlasla gücləndirilmiş dayanıqlı plastikdən hazırlanıb. Qızdırıcı kimi ekstrudasiya olunmuş karbonlu penopolistiroldan istifadə olunub. Furqonların materialı atmosfer hadisələrinə və kəskin mühitlərə qarşı davamlıdır.