Azərbaycan Premyer Liqasının püşkü atılıb

70

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün püşkü atılıb.

Elchi.azs-ın məlumatına görə, tədbir AFFA-nın inzibati binasında baş tutub.

Mərasimdə yeni mövsümün ilk turunun cütləri də dəqiqləşib. Premyer Liqanın 10 iştirakçısı avqustun 5-də start götürəcək turdakı rəqiblərini tanıyıb. Mövsümün tam təqvimi isə yaxın günlər ərzində Peşəkar Futbol Liqası tərəfindən təsdiqlənəcək.

Azərbaycan Premyer Liqası
I tur
5 avqust

“Kəpəz” – “Zirə”
“Şamaxı” – “Neftçi”
“Turan Tovuz” – “Qəbələ”
“Qarabağ” – “Səbail”
“Sabah” – “Sumqayıt”