Azərbaycan Ordusunun hərbçisi həlak olub

74

İyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə Elchi.az-a Baş Prokurorluqdan bildirilib.

Bildirilib ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.