Azərbaycan Ordusu cəld və çox qətiyyətli… – Brayza

33

Bu hadisə hələ ki, atəşkəsin pozulmasının ən ciddi nümunəsi kimi görünür və aydındır ki, Rusiya sülhməramlı qüvvələri özlərini təzyiq altında hiss edirlər.
Bunu ABŞ Dövlət katibinin keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, diplomat Metyu Brayza deyib.
Diplomatın sözlərinə görə, Rusiya sülhməramlıları “İnterfaks”a açıqlamalarında bildiriblər ki, pozuntular hər iki tərəfdən baş verib və sülhü qorumaq həddən artıq çətindir:
“Atışmanın sərhəddə deyil, Laçın və Kəlbəcər ərazisində olması da narahatlıq doğuran məqamlardandır. Zənnimcə, bu, sülh müqaviləsi imzalanana qədər davam edəcək. Yalnız sülh müqaviləsi imzalananda münaqişə hamı üçün həll olunacaq, həmçinin Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədlər müəyyənləşəcək”.
Brayza sülhməramlıların faəliyyətinə də diqqət çəkib:
Keçmiş səfir həmçinin qeyd edib ki, Azərbaycan Ermənistanın yüksəkliyi ələ keçirməklə bağlı əl atdığı təxribata və Azərbaycan əsgərini öldürməsinə dron zərbələri ilə həm cəld, həm də qətiyyətli şəkildə cavab verib.
O, hadisənin məhz bununla da yekunlaşacağına ümid etdiyini bildirib.