Azərbaycan OPEC razılaşmasının yerinə yetirilmə səviyyəsini açıqlayıb

65

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barrel olub.

Energetika Nazirliyindən Elchi.az-a verilən məlumata görə, bunun 523,5 min barrelini xam neft, 108,9 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilən razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu.