Azərbaycan neftinin qiyməti 67 dollara çatır

4
 Azərbaycan neftinin qiyməti 67 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşır. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,65 ABŞ dolları artaraq 66,77 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.