Azərbaycan nefti 3 dollar UCUZLAŞDI

36

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 3 dollardan çox ucuzlaşıb.

Elchi.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,1 ABŞ dolları, yaxud 2,7 % azalaraq 112,32 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.