Azərbaycan millisi dünya çempionu oldu

48

Bu gün Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.
Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında mundialda ölkəmizi 4 idmançı təmsil edib.
Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) uğurlu çıxış ediblər. Belə ki, güləşçilərimiz bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
Beləliklə, maksimum nəticəyə imza atan yığmamız 100 xalla komanda hesabında dünya çempionu olub. Moldova 61 xalla ikinci, Fransa isə 48 xalla üçüncü yeri tutub.
Xatırladaq ki, komandamız iyulda Yunanıstan Katerini şəhərində keçirilən Avropa çempionatında da maksimum nəticə göstərmişdi.