Azərbaycan Gürcüstandan 19 milyon dollar həcmində investisiyanı geri çəkdi

0

Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 19 milyon ABŞ dolları həcmində sərmayəni geri çəkib.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.


Həmin investisiyaların yanvar-mart üzrə məbləği 13,9 milyon dollar, aprel-iyun üzrə isə 5,1 milyon dollara bərabər olub.


Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Gürcüstan iqtisadiyyatına 409,4 milyon dollar xarici investisiya yatırılıb ki, bu da illik müqayisədə 25,5% azdır.