“Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşıdır” – Deputat

57

“Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edir.
Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.
Möhtərəm cənab prezident İlham Əliyevin çıxışında mühüm məqamlara toxunulub. Qeyd olunub ki, artan enerji tələbatını ödəmək üçün bizim sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili İlham Məmmədov Feysbuk hesabında məlumat verib:

“Biz bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlamışıq. Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir.
“Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Ukraynada müharibə başlayandan sonra bu, hər zamankından daha aydındır”.- deyə ölkə başçısı bildirib.
Çıxışın bu hissəsində dövlət başçısı Zəngəzur Dəhlizinin enerji daşınmasında istifadə oluna biləcəyinə işarə edib. Sözsüz ki, zamanla bu reallığa çevriləcək. Avropada enerjiyə artan tələbat, Rusiya – Ukrayna müharibəsi Avropanın diqqətini Azərbaycana yönəldib. Hal-hazırda Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa üçün ən etibarlı tərəfdaşdır”.

Şayəstə