Azərbaycan bu gün 5 erməni hərbçini təhvil verəcək

47

Azərbaycan bu gün daha 5 erməni hərbçisini Ermənistana təhvil verəcək.
Elchi.az Bakupost.az-a istinadən xəbər verir ki, təhvil-təslim Ermənistanla sərhəd məntəqələrinin birində baş tutacaq.
Qeyd edək ki, az öncə Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı əsir düşən erməni hərbçilərin geri qaytarılması ilə bağlı məsələ də müzakirə edilmişdi.