Azərbaycan ən çox Rusiyadan məhsul alıb

1

Azərbaycan yanvar-aprel aylarında ən çox Rusiyadan məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən Elchi.az-a bildirilib ki, dörd ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub.

Qeyd olunub ki, Rusiyadan idxalın dəyəri 694,5 milyon ABŞ dolları, Türkiyədən 687,4 milyon dollar, Çindən isə 620,5 milyon dollardır.