“Azərbaycan əleyhinə məqalələr yayınlamağa başlayacaqlar”-Politoloq

40

“Erməni saytlarında Amerikadakı bir qrup konqresmenin, Avropa Parlamentində bir neçə depuatın Azərbaycan əleyhinə açıqlamaları yayılıb və bu say getdikcə artır. Digər tərəfdən Ermənistan və erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini genişləndirib, dezinformasiyalar yayırlar, bu müddətdə Qərbin müxtəlif nəşrlərində Azərbaycan əleyhinə məqalələr də yayınlamağa başlayacaqlar”.

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:

“İndiki gərgin vəziyyətdə ABŞ və Avropadakı səfirliklərimiz fəallaşmalıdırlar, kabinetlərdən çıxıb görüşlərin sayını artırmaq lazımdır, heç olmazsa Amerikada bircə konqresmen Ermənistanın təxribatı haqqında açıqlama yaya bilməzmi? Və ya Avropada bu qədər dostumuz varkən, onların da səsinin çıxmamasını bu ölkələrdəki səfirliklərimizin passivliyi ilə əlaqələndirirəm”.

Yeganə