Azərbaycan əhalisinin sayı açıqlanıb

40

2022-ci ilin yanvar-may aylarında əhalinin sayı 22 781 nəfər və ya 0,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən Elchi.az-a verilən xəbərə görə, 2022-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 10 179 147 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.