Axtarışda olan məktəblinin meyiti TAPILDI

74

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Bu barədə Elchi.az-a FHN-dən məlumat verilib.

Meyitin su anbarından çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Meyitin 06.07.2022-ci il tarixdən axtarışda olan 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğluna aid olduğu təsdiqlənib.


09:00

Samur-Abşeron kanalının Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu batıb.

Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.