İCE birjasında qaz fyuçersləri həftə ərzində 4,5% bahalaşaraq, min kubmetr üçün 1025,5 dollara qalxıb.
Elchi.az xəbər verir ki, bazar ertəsinə nisbətdə ən yüksək artım həftənin birinci yarısında olub və qaz 1090 dollara qədər bahalaşıb. Amma həftə sonuna yaxın 1025,5 dollara düşüb.
Bununla da dekabr ayı üçün qaz fyuçersləri son 18 ilin rekorduna imza atıb.
Spot bazarında da qiymətlər qalxıb və 1018 dollar olub.